Üçqat dünya çempionu diri-diri yandı

17:29 12 Sentyabr 2017

Argentinada dəhşətli faciə baş verib.

 

Sportarena.az xəbər verir ki, beş idmançı ağır yol qəzası nəticəsində ölüb. Bodbildinqçilər növbəti yarışda iştirak etmək üçün Santyaqo-del-Estero şəhərinə gedirmişlər. Sükan arxasında isə əfsanəvi bodbildinqçi, üçqat dünya çempionu Alexandro Rubio olub. Onun idarə etdiyi avtomobil yük maşını ilə toqquşub.

 

Qəza nəticəsində yanğın baş verib. İdmançılar cəhd göstərsələr də, yanan avtomobildən çıxa bilməyiblər. Onların hamısı diri-diri yanıblar.


Digər xəbərlər

Xəbər xətti