“Antalyaspor” Nasriyə sərvət ödəyəcək

Sportarena.az      12 Sentyabr 2018, 17:51

Türkiyə Super Liqasında mübarizə aparan “Antalyaspor”un yayda rənglərinə bağladığı Samir Nasrinin alacağı maaş bəlli olub.


Sportarena.az xəbər verir ki, Samir Nasri “Atalyaspor”da illik 4 milyon avrodan başqa, bonuslar da qazanacaq.


Bildirilir ki, fransız futbolçunun hər vurduğu qol 1 xal, etdiyi məhsuldar ötürməsi isə 0.5 xal kimi dəyərləndiriləcək.  Ulduz futbolçu 10 xal yığsa, 250 min avro, 15 xal yığsa 300 min avro, 20 xal yığsa 350 min avro qazanacaq. Bundan əlavə, yarımmüdafiəçi oynayacağı hər 10-cu matç üçün 500 min avro qazanacaq. Həmçinin, “Antalyaspor” Çempionlar Liqasında vəsiqə qazanarsa, oyunçu 350 min avro əldə edcək.


Qeyd edək ki, 30 yaşlı Samir Nasrinin 2 milyon avroluq imza pulu da gələn il ödəniləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin