Londonda “Qarabağ” üçün fləşmob

11:31 13 Sentyabr 2017

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq İngiltərə çempionu “Çelsi” ilə “Qarabağ” arasında baş tutacaq oyunla əlaqədar Ağdam təmsilçisinə dəstək məqsədilə Londonun mərkəzində fləşmob keçirilib.

 

Sportarena.az xəbər verir ki, komandamıza dəstək olmaqla yanaşı, Qarabağ həqiqətlərini Avorpaya və dünyaya daha dərindən tanıtmaq məqsədi daşıyan fləşmob Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Milli Turizm Təbliğat Bürosunun təşəbbüsü ilə təşkil olunub.

Soydaşlarımızın və xarici rəqs qrupunun üzvlərinin qatıldıqları fləşmob izləyicilərdə böyük marağa səbəb olub.

 

Fləşmobdan sonra London sakinlərinə Azərbaycanın turizm imkanları haqqında ətraflı məlumat verilib. (Azərtac)


Xəbər xətti