Lempard "Qarabağ"ı tənqid etdi - "Çox pis müdafiə taktikası seçmişdilər"

Sportarena.az      13 Sentyabr 2018, 15:17
İngiltərənin "Çelsi" klubunun sabiq futbolçusu Frenk Lempard "zadəganlar"ın Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"la keçirdiyi oyun barədə danışıb.
 
Sportarena.az xəbər verir ki, hazırda yayımçı BT Sport telekanalının eksperti kimi çıxış edən London təmsilçisinin keçmiş kapitanı Ağdam komandasının çıxışından narazılıq ifadə edib. Lempardın fikrincə, "Qarabağ" heç vaxt "Çelsi" ilə eyni səviyyədə ola bilməz:
 
"Onlar qılıncın küt tərəfini qaldırmışdılar. Çox pis, dəhşət doğuracaq müdafiə taktikası seçmişdilər. İngiltərənin "Sandey Liqası"nda (daha aşağı səviyyəli həvəskar komandaların yarışdığı liqa) elə komandalar var ki, daha mütəşəkkil müdafiə olunurlar".
 
Qeyd edək ki, "Çelsi" "Qarabağ"a 6:0 hesabı ilə qalib gəlib ("Report").
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin