Bu yay transferlərə nə qədər pul xərcləndi?

15:56 13 Sentyabr 2017

Dünya klubları bu il yay transfer pəncərəsi dövründə futbolçu keçidlərinə 4,71 milyard dollar xərcləyib.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı FİFA yayıb. Qurumun Transfer Araşdırmalar Mərkəzinin tərtib etdiyi məlumatda bu il iyunun 1-dən sentyabrın 1-dək olan müddətdə 7590 transfer üçün 4,71 milyard dollar vəsait xərcləndiyi qeyd edilib. Ötən il transferlərə ümumilikdə 4,79 milyard dollar xərclənmişdi.

 

Məlumatda bu transferlərin 21,2 faizinin Avropanın “böyük beşlik” (Almaniya, İngiltərə, İtaliya, İspaniya, Fransa) ölkələrinin payına düşdüyü də qeyd edilib.


Digər xəbərlər

Xəbər xətti