Rəşad Sadiqov: "Neftçi" üçün canımı qoymuşam" - AÇIQLAMA + VİDEO

16:50 13 Sentyabr 2017

“Neftçi”nin yeni transferi Rəşad Sadiqov "Neftçi” TV-yə açıqlama verib.

 

Sporarena.az xəbər verir ki, keçmiş klubuna qayıdan yarımmüdafiəçi bunları deyib:

 

"Doğma hissdi. Üçüncü dəfədi bu komandaya qayıdıram. 7 il oynamışam, az müddət deyil. Bu klub üçün canımı qoymuşam. İlk dəfə bu komanda ilə Avropa Liqasının qrupuna vəsiqə qazanmışıq, o sevinci yaşamışam. Komanda yoldaşlarımla əlimizdən gələni edəcəyik ki, yenə qrup mərhələsində oynayaq, o həyəcanı yaşayaq.

 

"Neftçi” Azərbaycanın flaqmanıdı. Həm yerli, həm də legioner - hər bir futbolçumuzun borcudu ki, komandanı yüksəklərə qaldırsın. Əvvəl bilmirdim necə olub, amma indi münasibətləri görürəm, burda atmosfer tam başqadı, yerli, legioner bir-biri ilə qardaşdı. Məncə, Tərlan müəllim (Tərlan Əhmədov) bura kollektiv ab-hava gətirib. Çalışacağıq, yaxşı nəticələr verək”.

 

 


Digər xəbərlər

Xəbər xətti