Sabiq "Çelsi"li "Qarabağ" barədə danışdı - "İnamlı oyun sərgilədilər" - AÇIQLAMA

Sportarena.az      13 Sentyabr 2018, 17:29

Bir vaxtlar “Çelsi”yə məşqçilik etmiş Qlen Hodl dünən “zadəganlar”ın “Qarabağ”la matçı haqqında danışıb.

 

Sportarena.az xəbər verir ki, “BT Sport” kanalına danışan ingiltərəli mütəxəssis ağdamlıların inamlı oyun sərgilədiyini bildirib:

 

“Qarabağ” Çempionlar Liqasında ilk dəfədir iştirak edir. Onlar bu turnirdə birinci oyununu keçirdilər. Debütant olmaqlarına baxmayaraq inamlı oyun sərgilədilər. “Qarabağ”ın turnirdə təcrübəsi olmadığını nəzərə alaq. Bu matç onlar üçün yaxşı qiymətləndirilə bilər”.

 

Qeyd edək ki, Hodl 1993-96-cı illərdə “Çelsi”də oynayan məşqçi kimi çıxış edib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin