"Qızıl ayaq" mükafatına namizədlər açıqlandı

18:56 13 Sentyabr 2017

2017-ci ildə "Qızıl ayaq" (Golden foot) mükafatına iddialı olan 10 futbolçunun adı məlum olub.

 

Sportarena.az xəbər verir ki, mükafata yaşı 28-dən az olmamaq şərtilə, futbolun inkişafına töhfə vermiş oyunçuya təqdim edilir. 

 

Namizədlərin siyahısına Lionel Messi, Lui Suares (hər ikisi "Barselona"), Kriştiano Ronaldo, Serxio Ramos (hər ikisi "Real"), Manuel Noyer, Aryen Robben (hər ikisi "Bavariya"), İker Kasilyas ("Porto"), Tyaqo Silva (PSJ), Yaya Ture (Mançester Siti) və Andrea Pirlo ("Nyu-York Siti") daxil edilib.

 

Qalib səsvermə yolu ilə müəyyən ediləcək, mükafatın təqdimatı isə noyabrın 7-də Monakoda keçiriləcək.


Xəbər xətti