Futbolçumuz oynadı, komandası mərhələ adladı

22:15 13 Sentyabr 2017

 

Futbol üzrə Makedoniya Kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Tural Hümbətovun komandası “Pobeda” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Breqalniça” ilə qarşılaşıb. Beş qolluq oyunda qələbəni futbolçumuzun komandası bayram edib – 3:2.

 

Tural da bu görüşün iştirakçısı olub. “Pobeda”nın əsas heyət üzvünə çevrilən Hümbətov bu oyunda da ilk dəqiqələrdən meydanda olub.

 

Qeyd edək ki, tərəflər arasındakı cavab oyunu oktyabrın 18-də “Pobeda”nın meydanında keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti