Millimiz iki yoxlama oyunu keçirəcək

11:13 14 Sentyabr 2017

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sentyabrın 18-dən 23-dək Bakıda, ayın 24-dən 28-dək isə Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışı keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, hazırlıq prosesi çərçivəsində Gürcüstanın müvafiq yaş qrupuna aid komandası ilə iki yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulub.

 

Oyunlar sentyabrın 25-də və 27-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti