ÇL-də rekord göstərici - Belə məhsuldarlıq olmamışdı

13:18 14 Sentyabr 2017

Çempionlar Liqasının yeni mövsümü rekordla başlayıb.

 

Sportarena.az xəbər verir ki, rekord qrup mərhələsinin ilk turunda vurulan qol sayında qeydə alınıb. İlk turun 16 oyununda qapılara 54 qol vurulub. İlk oyun günündə komandalar 28 dəfə fərqlənmişdi. İkinci oyun günündə isə qapılara daha 26 qol vurulub. Statistik göstərici ÇL-in bu formatda keçirilməsindən sonraya aiddi.

 

2000/2001 mövsümünün ilk turunda qapılara 63 qol vurulmuşdu. Ancaq həmin vaxt turnirin formatında ikinci qrup mərhələsi də olurdu.


Digər xəbərlər

Xəbər xətti