"Mançester Yunayted"də şok itki - 4-6 həftə oynamayacaq

14:33 14 Sentyabr 2017

“Mançester Yunayted” ağır itkiylə üzləşib.

 

Sportarena.az xəbər verir ki, mankunianların əsas heyət üzvlərindən Pol Poqba sıradan çıxıb. Fransalı yarımmüdafiəçi Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində baş tutmuş “Bazel”lə ev oyununda (3:0) zədələnib.

 

İngiltərənin BBC telekanalının yaydığı məlumata görə, Fransa millisinin üzvü 4-6 həftə yaşıl meydanlardan kənarda qalacaq.


Digər xəbərlər

Xəbər xətti