"Zirə"də prezident postunda dəyişiklik

Sportarena.az      14 Sentyabr 2018, 15:17

“Zirə” klubunun yeni prezidenti seçilib.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib. Məlumatda bunlar yazılıb:

 

“Məlum olduğu kimi, 2014-cü ildə təsis edilmiş “Zirə” Peşəkar Futbol Klubu qısa zamanda futbol ictimaiyyəti və azarkeşlərin etimadını doğrultmuş, onların rəğbətini qazana bilmişdir. Əldə edilmiş nailiyyətlərin qorunması, daha böyük uğurların qazanılması, eləcə də, Azərbaycan futbolunun inkişafına davamlı töhfə vermək kimi hədəflər hazırkı mərhələdə klubun daha da yüksək peşəkarlıq prinsipləri əsasında idarə olunmasını zəruri edir. Bu məqsədlə aparılan klubdaxili məsləhətləşmələrin nəticəsi olaraq, Orxan Məmmədov “Zirə” PFK-nın fəxri prezidenti seçilib. “Zirə” PFK-nın yaradılmasının əsas təşəbbüskarı olmuş Orxan Məmmədov klubun əldə etdiyi uğurlarda böyük rola malikdi. Buna qədər icraçı direktor vəzifəsində çalışan Natiq İsmayılov “Zirə” PFK-nın prezidenti təyin olunub. İcraçı direktor vəzifəsini isə bundan sonra Cahangir Məmmədov yerinə yetirəcək”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin