2024 və 2028-ci il Olimpiadalarının ev sahibləri açıqlandı

16:57 14 Sentyabr 2017

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2024 və 2028-ci illərdə Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhərlərin adlarını açıqlayıb. 

 

Sportarena.az xəbər verir ki, 2024-cü ildə olimpiadaya Paris, 4 il sonra isə Los-Anceles ev sahibliyi edəcək. 

 

Hər iki şəhər buna qədər 2 dəfə Olimpiya Oyunlarını qəbul edib. Parisdə olimpiada 1900 və 1924, Los-Ancelesdə isə 1932 və 1984-cü illərdə keçirilib.


Digər xəbərlər

Xəbər xətti