"Neftçi" yeni baş məşqçisi və futbolçusunu təqdim edəcək

17:55 14 Sentyabr 2017

“Neftçi” yeni baş məşqçisini və yeni transferini ictimaiyyətə təqdim edəcək.

 

Sportarena.az kluba istinadən xəbər verir ki, sentyabrın 15-də saat 17:00-da 8-ci km stadionunda "Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov və yeni transfer Rəşad Sadiqovun iştirakı ilə mətbuat konfransı keçiriləcək.

 

Mətbuat konfransından sonra - saat 18:00-da "Neftçi”nin "Zirə”ylə oyunöncəsi son məşqi baş tutacaq. Hazırlıq prosesinin ilk 10 dəqiqəsi KİV nümayəndələri üçün açıq olacaq.


Digər xəbərlər

Xəbər xətti