"Barselona"nın büdcəsi fantastik rəqəmə yüksəldilir

18:31 14 Sentyabr 2017

“Barselona”nın idarə heyəti klubun illik büdcəsi ilə bağlı yeni layihə hazırlayıb.

 

Sportarena.az xəbər verir ki, yeni layihə klub üzvlərinin assambleyasına təqdim ediləcək. Yeni

layihədə “Barselona”nın büdcəsi rekord həddə yüksələcək. Komandanın illik büdcəsinin 897 milyon avro (təxminən 1 milyard dollar) olacağı gözlənilir. Assambleyanın iclası oktyabrın 21-22-də keçiriləcək.

 

Bir müddət əvvəl “Barselona”nın prezidenti Xosep Maria Bartomeu bildirmişdi ki, fəaliyyətinin son dönəmində komandanın büdcəsi 1 milyard avroya yüksələcək.


Digər xəbərlər

Xəbər xətti