UEFA "Spartak"ı buna görə cəzalandıra bilər

22:46 14 Sentyabr 2017

UEFA Sloveniyanın “Maribor” və Rusiyanın “Spartak” klubları arasında Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ötən gecə keçirilən oyunda azarkeşləri tərəfindən baş hakimə məşalə atılan Moskva təmsilçisi barədə araşdırmalara başlayıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb. Qeyd olunub ki, azarkeşlərinin tribunada məşalə yandırması və meydana yandırıcı maddələr atması ilə əlaqədar Rusiya klubuna araşdırma açılıb. Araşdırmanın nəticəsi sentyabrın 21-də açıqlanacaq.

 

Qeyd edək ki, Sloveniyada baş tutan matçda “Maribor”la “Spartak” hərəyə 1 qolla 1 xal qazanıblar.


Digər xəbərlər

Xəbər xətti