İngiltərə polisi 5 alman azarkeşini həbs etdi

14:09 15 Sentyabr 2017

Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində keçirilmiş “Arsenal” - “Köln" matçından (3:1) öncə insident yaşanması barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, matçdan öncə 20 minə yaxın alman fanat oyunun keçiriləcəyi “Emireyts” stadionuna doğru irəliləyib. Onlardan təxminən 17 mini biletsiz olub. Biletsiz azarkeşlərin stadiona daxil olmaq istəməsi gərginliyə səbəb olsa da, polis məsələnin böyüməsinin qarşısını alıb. Ancaq təhlükəsizlik üçün görüş təyin olunduğu vaxtdan bir saat gec başlayıb.

 

London polisinin oyundan sonra yaydığı məlumatda, hadisə nəticəsində ciddi insident yaşanmadığı, lakin ictimai qaydaları pozan 5 azarkeşin həbs olunduğu qeyd edilib.


Digər xəbərlər

Xəbər xətti