İsveç yaxınlaşdı, Rumıniya uzaqlaşdı

Sportarena.az      15 Sentyabr 2018, 14:59

Avropa Liqasının qrup mərhələsində keçirilən oyunlardan sonra UEFA reytinqi açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, ölkəmiz əvvəlki kimi yenə 55 ölkə arasında 22-cidi. Əvəzində bizə qonşuluqda olan ölkələr arasında dəyişiklik baş verib. Belə ki, siyahıda izləyicimiz artıq Şotlandiya yox, İsveçdi. 21-ci pillədə olan Rumıniyanın isə mövqeyi dəyişməsə də, “Styaua”nın qələbəsi sayəsində ölkəmizlə arasındakı fərqi daha da artırıb. Ümumilikdə isə Azərbaycanın qonşuluğunda olan ölkələrin xal cədvəli belədi:

 

21. Rumıniya 19.050
22. Azərbaycan 18.625

23. İsveç 17.975

24. Belarus 17.875

25. Şotlandiya 17.625

 

Qeyd edək ki, ölkəmiz cari mövsümdə 3.875 xal toplayıb. Onun 2.125-i “Qarabağ”ın, 0.750-i “İnter”in, 0.625-i “Zirə”nin 0.375-i isə “Qəbələ”nin payına düşür. 

 

Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin