Bundesliqanın ən sürətliləri bəlli oldu - VİDEO

16:41 15 Sentyabr 2017

Almaniya Bundesliqasının cari mövsümünün ilk 3 turu ərzində ən sürətli futbolçular bəlli olub.

 

Sportarena.az xəbər verir ki, Bundesliqanın rəsmi “youtube” kanalı yeni mövsümün ən sürətli 10 futbolçusunu açıqlayıb. “Bayer”in yarımmüdafiəçisi Kərim Bellarabi çempionatın ən sürətli futbolçusudu. O, saatda 35,27 km sürətlə qaçır. 27 yaşlı yarımmüdafiəçini “Auqsburq”un üzvü Marsel Heller (35,16) və “Hoffenhaym”ın futbolçusu Niko Şults (35,11) təqib edir.

 

Ümumiyyətlə, siyahıda aşağıdakı 10 futbolçu yer alıb:

1. Kərim Bellarabi (Bayer) - 35,27 km/s 
2. Marsel Heller (Auqsburq) - 35,16 
3. Niko Şults (Hoffenhaym) - 35,11 
4. Kevin Foqt (Hoffenhaym) - 35,09 
5. Metyu Leki (Herta) - 35,04 
6. Timo Verner (Leyptsiq) - 35,02 
7. Kinqlsi Koman (Bavariya) - 35,0 
8. Bernardo (Leyptsiq) - 34,98 
9. Deotşankyul Yupamekano (Leyptsiq) - 34,85 
10. Levin Öztunalı (Maynts) - 34,83.

 

 


Digər xəbərlər

Xəbər xətti