"Qalatasaray"ı ABŞ-a dəyişəcək - Qışda

17:50 15 Sentyabr 2017

Qışda "Qalatasaray"dan ayrılacaq daha bir futbolçunun adı bəlli olub.

Sportarena.az xəbər verir ki, Naycel de Yonq yanvarda ABŞ-ın "Di Si Yunayted" klubuna keçəcək. Hollandiyalı millisinin üzvü ötən mövsüm İstanbul klubu ilə 2 illik müqavilə imzalamışdı. 32 yaşlı yarımmüdafiəçi "cim-bom"un əsas heyətinə düşməkdə çətinlik çəkdiyi üçün komandadan getmək qərarına gəlib. "Qalatasaray" da futbolçunun qalmasında maraqlı deyil.

Qeyd edək ki, De Yonq "Qalatasaray"a ötən il ABŞ-ın “Los Anceles Qalaksi” klubundan keçmişdi.


Digər xəbərlər

Xəbər xətti