Pavel Dreksadan Rəşad Sadiqova jest

20:26 15 Sentyabr 2017

Bu gün 8-ci km stadionunda "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov və yeni transfer Rəşad Sadiqov media nümayəndələrinin qarşısına çıxıblar.

 

Sportarena.az xəbər verir ki, əvvəlcə Rəşad Sadiqovun təqdimat mərasimi keçirilib. Təcrübəli yarımmüdafiəçi 6 nömrəli formanı geyinəcək. Buna qədər həmin formanı daşımış Pavel Dreksa isə 16 nömrəli formada oynayacaq. Rəşad Sadiqov jurnalistlərin suallarına cavab verəndən sonra baş məşqçi, ona ünvanlanmış sualları cavablandırıb. Ardınca - saat 17:30-da "Neftçi”nin "Zirə” ilə oyunöncəsi son məşqi start götürüb. Hazırlıq prosesinin ilk 10 dəqiqəsi KİV nümayəndələri və azarkeşlər üçün açıq olub.

 

8-ci km stadionunda keçiriləcək "Neftçi” - "Zirə” oyunu sabah saat 19:00-da başlanacaq. 


Digər xəbərlər

Xəbər xətti