Yığmanın heyəti açıqlandı

20:51 15 Sentyabr 2017

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sentyabrın 18-dən 23-dək Bakıda, ayın 24-dən 28-dək isə Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışı və 2 yoldaşlıq oyunu keçirəcək.

 

Sportarena.az xəbər verir ki, təlim-məşq toplanışına və yoldaşlıq oyununa aşağıdakı futbolçular dəvət olunub:

 

Vüsal Şabanov (Qəbələ), Müşfiq Nadirov (Qəbələ), Rüfət Əhmədov (Qəbələ), Nemət Şıxəmirov (Qəbələ), Samir Məhərrəmli (Qəbələ), Rauf Məhərrəmov (Qəbələ), Çingiz Məmmədov (Qəbələ), Hüseyin Ələsgərov (Neftçi), Abdulla Rzayev (Neftçi), Mirəli Əhmədov (Neftçi), Ramin Nəsirli (Neftçi), Sərin Mehmetali (Neftçi), Valeh Qəhramanlı (Neftçi), Ağa Ağayev (İnter), Cavid Vəlizadə (İnter), Samir Abdullayev (İnter), Ramin Məhərrəmov (İnter), Fərid Muxtarov (İnter), Rəşad Kərimov (Sumqayıt), Tərxan Mehdiyev ("Pole Espoirs" Fransa), Elvin Sadıqov ("Torpedo", Vladimir, Rusiya), Emil Bayramov (SK BRV-VİK, Volodimir-Volinskiy, Ukrayna), Qurban Məhərrəmov (Qarabağ), Mikayıl Kərimli (Zirə). 


Xəbər xətti