"Qarabağ" yenə İngiltərə mətbuatının diqqət mərkəzində - VİDEO

11:17 16 Sentyabr 2017

Azərbaycan futbol tarixində ilk dəfə Çempionlar Liqaısnın qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” bu uğura imza atdıqdan sonra dünya mətbuatının diqqət mərkəzinə düşüb.

 

Sportarena.az xəbər verir ki, bu dəfə Ağdam təmsilçisi İngiltərənin “Copa90” nəşrinin diqqətini cəlb edib. Nəşrin “youtube” kanalında təmsilçimizlə bağlı video təqdim edilib.

 

Videoda “Qarabağ”ın təmsil etdiyi Ağdam şəhərinin işğal altında olmasından, komandanın məhz bu səbəbdən ev oyunlarını Bakıda keçirməsindən, həmçinin, klubun son illərdə əldə etdiyi uğurlardan bəhs edilib. Materialda “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun “Çelsi” ilə oyundan sonrakı mətbuat konfransında səsləndirdiyi fikirlərə də yer verib.

 


Digər xəbərlər

Xəbər xətti