Sportarena.az
17 Oktyabr 2017

Türk yazardan şok iddia - "Qarabağ"ı qrupda Kollina saxlayıb

12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur türkiyəli jurnalist Meriç Müldür DÇ-2018-in seçmə mərhələsində baş tutan Ukrayna - Türkiyə (2:0) matçı barədə geniş yazı yazıb. Qardaş ölkədən olan həmkarımız mübahisəli epizodlardan sonra qollar vuran Ukraynanın qələbəsində hakim səhvlərinin təsadüf olmadığını vurğulayıb.

 

Sportarena.az xəbər verir ki, Meriç Müldür FİFA Hakimlər Komitəsinin sədri və UEFA-nın bayrağı altında keçirilən matçlara hakimlərin təyinatına cavabdeh olan Pyerluici Kollinanı günahlandırıb. Müldür 2010/2017-ci illərdə Ukraynada çalışan Kollinanın bu ölkənin milli komandasına və klublarına kömək etdiyini qeyd edib:

 

"Hər mövsüm Ukraynanın bir klubunun avrokuboklarda önü açılır. Ukrayna lobbisinin təsiri çox güclüdür. UEFA-nın vitse-prezidenti Qreqoris Surkis “Dinamo” (Kiyev) və Ukrayna Futbol Federasiyasının fəxri-prezidentidi. Millimiz Ukraynaya hakimin 2 biabırçı səhvinə görə uduzsa da, elə rəzil oyun sərgilədi ki, bu mövzü çikinci planda qaldı. Ukraynanı çox yaxşı tanıyan Mirça Luçeskunun ispaniyalı referi Barabalana dediyi sözlər isə diqqət çəkirdi.

 

Kollina 2010-cu ildən etibarən Ukrayna Futbol Federasiyasında işləməyə başlayarkən bu ölkənin millisi, "Şaxtyor", "Dinamo", "Şaxtyor", "Dnepr" və "Metalist" ev oyunlarında inanılmaz performans sərgiləyirlər. Keçmişdə "Şaxtyor" Avropa Liqasını qazandı. "Dnepr" isə 2014/15 mövsümündə finala qədər irəlilədi. 2011/12-ci illərdə isə "Metallist" 1/4 finala qədər irəliləmişdi. Bəlkə də o bu il "Dinamo" xeyli irəliləyəcək.

 

Kollinanın işi 2017-ci ildə başa çatır və Ukrayna klublarının performansında geriləmə müşahidə edilir. Diqqət çəkən bir məqam isə "Dnepr"in 3 mövsüm əvvəl finala çıxmasına baxmayaraq, zəifləyərək aşağı liqaya düşməsi oldu.

 

AÇ-2012-də Ukrayna - İngiltərə matçında Ukraynanın əleyhinə səhv edən Viktor Kaşşai turnirdən uzaqlaşdırıldı. Yəni ki, Kaşşai Ukraynaya böyük zərbə vurdu və Kollinanın qəzəbinə tuş gəldi. Ötən mövsüm "Beşiktaş"ın Kiyev "Dinamo"suna səfərdə 6 qolla uduzmasında da bir çox səhvlər var idi. Hakim həmin görüşdə "qara qartallar"ın yolunu kəsmişdi".

 

Qeyd edək ki, Avropa Liqasının 2014-15 mövsümündə qrup mərhələsinin son turunda “Qarabağ” doğma divarlar arasında “İnter”ə son dəqiqədə qol vursa da, hakim Miroslav Zelinka təmiz qolu qeydə almamışdı. Həmin kobud səhvin sayəsində növbəti mərhələyə “Dnepr” adlamışdı.

Tarix
16.09.17 [11:32]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

17 Oktyabr
16 Oktyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio