Klubların reytinqi açıqlandı - "Qarabağ" "Milan"dan öndə

12:59 16 Sentyabr 2017

UEFA Avropa klublarının yeni reytinq cədvəlini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, siyahıda Azərbaycanın da 7 klubu yer alıb. Bunlar “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “İnter”, “Zirə”, “Kəpəz” və “Xəzər Lənkəran”dı.

 

Ən yaxşı göstərici şübhəsiz ki, ölkə çempionu “Qarabağ”dadı. Ağdam təmsilçisi 18,500 xalla 67-ci pillədə qərarlaşıb. “Qəbələ” 5,250 xalla 184-cü sıraya düşüb. Qalan 5 klubumuz isə 241-ci sıranı bölüşürlər. “Neftçi”nin hesabında 3,250, “İnter”in hesabında 2,500, “Zirə”, “Kəpəz” və “Xəzər Lənkəran”da isə 0,500 reytinq xalı var.

“Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərinə gəlincə, İspaniyanın “Atletiko” (Madrid) klubu 117,000 xalla 2-ci, İngiltərə çempionu “Çelsi” 70,000 xalla 14-cü, İtaliya təmsilçisi “Roma” isə 44,000 xalla 31-cidi.

 

Azərbaycan çempionunun yeni reytinq cədvəlində qabaqladığı komandalar sırasında məşhur “Milan”, “Trabzonspor”, “Dinamo” (Zaqreb), “Everton”, “İnter”, “Rubin”, “Dinamo” (Moskva), “Olimpik” (Marsel), BATE və “Böyük beşlik” ölkələrinin başqa xeyli təmsilçisi də var.


Digər xəbərlər

Xəbər xətti