Almaniya AÇ-2024 üçün stadionları açıqladı

17:56 16 Sentyabr 2017

Almaniya Futbol İttifaqı (AFİ) 2024-cü il Avropa çempionatının keçirilməsi üçün stadionların siyahısını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, qitə birinciliyinin təşkili üçün 10 arena uyğun görülüb. Bunlar "Alyans Arena” (Münhen), Olimpiaştadion (Berlin), "Siqnal İduna Park” (Dortmund), "Esprit Arena” (Dyusseldorf), "Kommersbank-Arena” (Frankfurt), "Feltins-Arena” (Qelzenkirhen) "Folksparkştadion” (Hamburq), "Rayn-Energi” (Köln), "Red Bul-Arena” (Leyptsiq) və "Mercedes-Benz Arena”dır (Ştutqart).

AFİ 27 aprel 2018-ci il tarixinədək sənədlərin tam paketini UEFA-ya göndərməlidir.

Qeyd edək ki, 2024-cü il Avropa çempionatına ev sahibliyi ilə bağlı yekun qərar 2018-ci ilin sentyabrında veriləcək. Almaniyanın yeganə rəqibi Türkiyədir.


Xəbər xətti