Pavel Paşayev 28 dəqiqə oynadı, komandası 4 qol vurdu

18:41 16 Sentyabr 2017

Futbol üzrə Ukrayna çempionatında 9-cu turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" da növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda “Stal” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 4:1.

 

Millimizin üzvü də bu görüşün iştirakçısı olub. Lakin start heyətdə meydana çıxan futbolçumuz 28-ci dəqiqədə əvəzlənib və komandasının mövsümdə ilk qələbəyə sevindiyi görüşdə sonadək oynamayıb.

 

"Aleksandriya" geridə qalan turlarda topladığı 7 xalla 12 klub arasında 9-cu pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti