"Qəbələ" 3, "Qarabağ" 2 topla qalib gəldi - YENİLƏNİB

22:57 17 Sentyabr 2017

Azərbaycan Premyer Liqasında 5-ci tura start verilib. 

 

Sportarena.az xəbər verir ki, bu gün keçiriləcək iki oyunla tura yekun vurulacaq. Günün ilk görüşündə "Qarabağ" "Kəpəz"i qəbul edəcək.  Turun son oyununda isə "Qəbələ" "Səbail"in qonağı olacaq.

 

Turun dünən iki oyununda "İnter" "Sumqayıt"la bərabərə qalmışdısa, "Zirə" "Neftçi"ni məğlub etməyi bacarmışdı.

 

Azərbaycan Premyer Liqası, 5-ci tur

17 sentyabr

18:30 Qarabağ - Kəpəz 2:0

Qol: Coşqun Diniyev, 34. Dani Kintana, 80

Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Elşad Abdullayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Hakim-ispektor: Şahin Cəfərov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

 

21:00 Səbail - Qəbələ 1:3

Qol: Vüqar Nadirov, 56 - Baqali Dabo, 42; 90+3. Asif Məmmədov, 60.

Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Fariz Yusifov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Füzuli Nəcəfov
Bakı. “Dalğa Arena”

 

16 sentyabr

İnter - Sumqayıt 1:1

Qol: Sərdar Taşkın, 11 - Rəşad Eyyubov, 49.

 

 

Neftçi - Zirə 1:2

Qol: Uqo Barqas, 53 - Vüsal sgəndərli, 17. Riçard Qadze, 52.


Digər xəbərlər

Xəbər xətti