Ronaldo sevgilisi ilə futbol matçını izlədi - FOTO

11:31 17 Sentyabr 2017

Cəza səbəbindən İspaniya çempionatında meydana çıxa bilməyən “Real”ın futbolçusu Kriştiano Ronaldo futbol oyunlarını izləyir.

 

Sportarena.az xəbər verir ki, Ronaldo La Liqanın yox, Portuqaliya çempionatının qarşılaşmasını izləmək üçün vətəninə gedib. O, “Sportinq” - “Tondela” oyununda tribunada olub. Ronaldo vətəninə tək getməyib. O, hamilə sevgilisi Corcinyo Rodrigesi də özü ilə aparıb.

 

Ronaldo peşəkar karyerasını “Sportinq”də başlayıb. Lissabonlular 2:0 hesabı ilə qalib gələrək, 6-cı oyunda 6-cı qələbəni qazanıblar.

 

Qeyd edək ki, Ronaldonun cəzası bu tur başa çatacaq.

 


Xəbər xətti