Qapıçı məşq zamanı güllələndi

14:15 17 Sentyabr 2017

Monteneqronun birinci divizionunda çıxış edən “Bokel” komandasının qapıçısı Qoran Lenats öldürülüb.

 

Sportarena.az xəbər verir ki, qapıçı məşq edərkən güllələnib. Ağır güllə yarası alan qapıçı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Polis qüvvələri Kotor şəhərini mühasirəyə alaraq, qatilin axtarışına başlayıb. Şəhər radiosu bildirib ki, qatil yerli şəraiti yaxşı bilir. Ona görə də gizlənə bilib.

 

33 yaşlı qapıçı şəhərdə böyük hörmət sahibi olub. O, öz vəsaiti hesabına məktəb açaraq, yerli uşaqlara futbolun sirlərini öyrədirmiş.


Xəbər xətti