Pele əlil arabasında - FOTO

15:38 17 Sentyabr 2017

Dünya futbolunun canlı əfsanəsi Pele Nyu Yorkun Con Kennedi adına Beynəlxalq hava limanında görünüb.

 

Sportarena.az xəbər verir ki, "futbol kralı" aeroportda bir neçə pərəstişkarına avtoqraf imzalayıb. 76 yaşlı Pele əlil arabasında olub. O, 2015-ci ildə böyrək əməliyyatı keçirdikdən bir müddət sonra bu yolla hərəkət etməyə başlamışdı.

 

Qeyd edək ki, Pele ХХ əsrin ən yaxşı futbolçusudur. Beynəlxalq Olimpiya Komitəsi onu "ХХ əsrin ən yaxşı idmançısı" seçmişdi. Pele 3 dəfə dünya çempionu olmaqla bu baxımdan rekord sahibidir.

 


Digər xəbərlər

Xəbər xətti