MLS-də 21 ildən sonra yeni rekord

17:15 17 Sentyabr 2017

MLS-də 30-cu turn oyunları keçirilir. Sentyabrın 17-də baş tutan "Atlanta United" - "Orlando City" (3:3) qarşılaşması liqanın tarixinə düşüb.

 

Sportarena.az xəbər verir ki, "Mercedes-Benz Stadium" stadionunda keçirilən oyuna 70 425 nəfər tamaşaçı təşrif buyurub. Bu, MLS-də azarkeş sayına görə yeni rekorddur.

 

Əvvəlki rekord 21 il öncə - 1996-cı il 13 aprel tarixində oynanılan "LA Galaxy" - "New-York Merto Stars" matçında qeydə alınmışdı. Pasadena şəhərinin "Rose Bowl" stadionunda baş tutan oyunu 69255 nəfər azarkeş izləmişdi.


Digər xəbərlər

Xəbər xətti