Qriqorçuk: "Heç nədən qorxmuram"

23:35 17 Sentyabr 2017

Topaz Premyer Liqasının 5-ci turunda səfərdə “Səbail”i məğlub edən (3:1) “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, ukraynalı mütəxəssis öncə qarşılaşma ilə bağlı fikirlərini bildirib:

 

- Qələbə qazandığımıza görə şadam. Oyundan razı qaldım. Uşaqların hamısına “afərin” deyirəm.

 

- Hakimin ofsayd qərarına kəskin etiraz etdiz… 
- Biz oturduğumuz yerdən Hallideyin oyundan kənar vəziyyətdə olmadığı aşkar görünürdü. Biz ehtiyat oyunçular skamyasından bunu açıq görürdük.

 

- Cavid Hüseynovun zədəsi nə yerdədi?
- Ciddi bir şey yoxdu. Sadəcə, bir qədər ağrıları olduğundan risk etmək istəmədik.

 

- “Sumqayıt”la oyundan sonra hakimlərdən narazılıq etmişdiz. Bir müddət öncə isə “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov da AFFA-nı tənqid etdi. Düşünmürsüz ki, hakimlərin sizin əleyhinizə qərar verməsi bununla bağlıdı? 
- Mən burada olduğum müddətdə həmişə danışmışam, indi də danışacam. Heç nədən qorxmuram. Demirəm ki, ancaq bizim əleyhimizə qərarlar verirlər. Ancaq düzgün qərar olmayanda bu barədə danışmalıyıq.

 

- İlk 10-15 dəqiqədə Daboya qarşı çox əsəbi görünürdüz. İndi düşünmürsüz ki, ona qarşı haqsızlıq etmisiz?
- İlk dəqiqədən soyuqqanlı idim. Hansısa futbolçunun oyunundan narazılıq etmişəmsə, deməli, həmin anda buna layiq idi. (Komanda.az)


Digər xəbərlər

Xəbər xətti