“Qəbələ”nin şotlandiyalı yarımmüdafiəçisi Endi Hallidey Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində qarşılaşdıqları “Səbail”lə oyundan sonra (3:1) jurnalistlərin suallarını cavablandırıb.
Sportarena.az sizi həmin müsahibə ilə tanış edir:
- Oyun haqqında nə deyə bilərsiz?
- Komanda olaraq topa daha çox nəzarət etməliyik. İlk hissədə çox top itirdik, oyunu ələ almaqda çətinlik çəkirdik. Amma ikinci hissədə özümüzə gəldik və xeyli qol imkanı yaratdıq.
- Komandanın çıxışından razı qaldız?
- Həmişə ən yaxşı oyunu göstərmək lazımdı. Düşünürəm ki, daha yaxşı çıxış etməli idik.
- Mövqeyinizin tez-tez dəyişməsi nə ilə bağlıdı?
- Müxtəlif mövqelərdə oynamaq bacarığım var. Harda olmasından asılı olmayaraq, meydana çıxanda xoşbəxt oluram.
- İkinci hissədə sarı vərəqə alıdınız. Hakimə nə dediniz ki?
- Ondan niyə cərimə vermədiyini soruşdum. Sadəcə, bir az sərt alındı. Şotlandiyalıların dediyi hər şey aqressiv kimi səslənir. Daha sonra hakimdən üzr istədim.
- Bu oyunla “Qəbələ” “Qarabağ”la rəqabət apara bilər?
- Qarşıda hələ bütöv bir mövsüm durur. Hər şey mümkündü.