Futbolçumuz oynamadı, komandası xal itirdi

11:03 18 Sentyabr 2017

 

Futbol üzrə Makedoniya çempionatında 5-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Tural Hümbətovun formasını geyindiyi “Pobeda” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Akademiya Pandev”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2. Tural bu görüşün iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə matçın iştirak ərizəsində də yer almayıb.

 

“Pobeda” geridə qalan turlarda cəmi 5 xal qazanıb və 10 komanda arasında 8-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti