"Qələbəyə görə sevincliyəm. Qalib gəlmək hər şeydən vacibdir. Görüləsi çox işimiz var. Ümumi götürsək, razı qaldım".
Sportarena. bu sözləri "Qarabağ"ın yeni transferi Pedro Enrike Topaz Premyer Liqanın 5-ci turunda "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə müsahibəsində deyib.
- Az azarkeş görəndə təəccüblənmədin?
- Etiraf edim ki, azarkeş sayında fərq var. Mən PAOK-a yeni gələndə iki oyunu azarkeşlər önündə oynamamışdım. Buna səbəb komandanın cəzalanması idi.
- Komandaya adaptasiya prosesi necə keçir?
- Ailəm ölkəni çox bəyəndi. Çox xoşumuza gəlib. Klub haqda da eyni sözü deyə bilərəm. Baş məşçi və futbolçular məni yaxşı qarşıladılar. Əlimdən gələnin ən yaxşısını edəcəm.
- “Çelsi” ilə oyunda meydanda ən yaxşılardan biri idin. Hətta söyləyənlər var ki, Enrike Azərbaycan səviyyəsindən daha üstün oyunçudur...
- Düşüncələrim buna yönəlməyib. Oyundan oyuna fərq olur. Hər matç fərqli olur. Bu dəfə məndə yaxşı oldu. Ancaq komanda olaraq yaxşı oynamadıq. Məni kollektiv oyun düşündürür. Şəxsi oyun isə bir o qədər də yox. Əsas komandanın uğurudur.
- “Roma” ilə görüş barədə nə düşünürsünüz?
- Mən bura ancaq Çempionlar Liqası üçün gəlməmişəm. Hələ bizim çempionatda “Sumqayıt”la səfər matçımız var. Həmin görüşə hazırlaşacağıq. Həmin oyundansonra “Roma” ilə keçiriləcək qarşılaşma barədə danışarıq.
- “Roma” ilə oyuna böyük maraq var. Artıq 40 min bilet satılıb. Bu sizi nə dərəcədə motivasiya edəcək?
- Əlbəttə, təsiri olacaq. Bu haqda dünən də oxudum. Komanda yoldaşlarım və mən əlimizdən gələni edəcəyik ki, onları sevindirə bilək.
- İcarə müddətin başa çatdıqdan sonra “Qarabağ”da qalmaq istəyərsən?
- Bu haqda danışmaq hələ tezdir. Mən müqavilə ilə PAOK-a məxsusam. 1 il müddətdə çalışacam ki, əlimdən gələni edəcəm. İndi bu mövzu çox erkəndir.