İsrafilovun komandası ilk qələbəsini qazandı

12:29 18 Sentyabr 2017

Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) 5-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Ximnastik" də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Albasete” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:1. Eddi bu görüşün iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.

 

İlk qələbəsini qazanan "Ximnastik" 5 oyuna cəmi 4 xal toplayıb və hazırda 22 kollektiv arasında 20-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti