"Zirə" nəhayət 10-a çatdı

16:27 18 Sentyabr 2017

“Zirə” Azərbaycan çempionatlarında 10-cu səfər qələbəsini qazanıb. 

 

Sportarena.az xəbər verir ki, qəsəbə klubu bu yubileyə “Neftçi” ilə paytaxt derbisində çatıb. 2:1 hesablı qələbə qazanan zirəlilər bunadək rəqib meydanlarında 9 dəfə 3 xal qazanmışdı.

 

10-cu səfər zəfəri 35-ci görüşə təsadüf edib. Bakılılar rəqib meydanında 13 heç-heçə edib və 12 dəfə uduzub. Bu görüşlərdəki top fərqində tarazlıq hökm sürür - 32:32.


Digər xəbərlər

Xəbər xətti