"Volfsburq"da baş məşqçi dəyişikliyi

17:40 18 Sentyabr 2017

Almaniya Bundesliqa təmsilçisi “Volfsburq” baş məşqçisi Andris Yonkeri istefaya göndərib.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. Yonkerin qovulmasına səbəb komandanın cari mövsümdə uğursuz çıxış etməsidi.

 

Artıq yeni baş məşqçinin adına da aydınlıq gəlib. Bundesliqa klubuna Martin Şmidt rəhbərlik edəcək. "Maynts"dan ayrılan mütəxəssislə müqavilə bağlanıb. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb.

 

Qeyd edək ki, “Canavarlar” Bundesliqanın cari mövsümündə keçirdikləri 4 oyunda cəmi 4 xal toplayıb, 14-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti