Rauf Əliyev oynadı, “Kukesi” xal itirdi

10:32 19 Sentyabr 2017

Futbol üzrə Albaniya çempionatında 2-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı hücumçu Rauf Əliyevin formasını geyindiyi “Kukesi” də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Partizani” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0. Millimizin üzvü də bu görüşün iştirakçısı olub. Millimizin futbolçusu start heyətdə meydana çıxıb.

 

Qeyd edək ki, “Kukesi” hazırda 4 xalla 10 komanda arasında 3-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti