Araz Abdullayev oynadı, komandası APOEL-ə qalib gəldi

10:50 19 Sentyabr 2017

Futbol üzrə Kipr çempionatında 4-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi "Anortosis" də növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə APOEL-lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0. Araz da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz 78-ci dəqiqədə əvəzlənib.

 

Geridə qalan turlarda 10 xal toplamış Famaqusta təmsilçisi hazırda 14 iştirakçı arasında liderdi.


Digər xəbərlər

Xəbər xətti