İspaniya mətbuatından şok iddia - ÇL-in finalı Bakıda olacaq

13:36 19 Sentyabr 2017

2018/2019 mövsümündə Çempionlar Liqasının finalı Bakı Olimpiya stadionunda keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, bu iddia ilə İspaniyanın məşhur "AS" nəşri çıxış edib. Bildirilib ki, ÇL-in finalına digər namizəd olan "Atletiko"nun "Vanda Metropolitano" stadionun VİP yerlərin sayı az olduğu üçün (7 min) UEFA bu arenanın üzərində dayanmayacaq.

 

Qeyd edək ki, UEFA avrokubokların finalına ev sahibiliyi edəcək stadionların adlarını sentyabrın 21-i açıqlayacaq.

 

Əlavə edək ki, Bakı Olimpiya stadionunu 2018/2019 mövsümündə Avroliqanın finalına da namizədlər sırasındadır.


Digər xəbərlər

Xəbər xətti