"Kəpəz" yenə səfərdə oynayacaq - PFL təsdiqlədi

17:33 19 Sentyabr 2017

Topaz Premyer Liqasının 6-cı turunun “Kəpəz” – “Səbail” oyununun yeri dəyişdirilib.

 

Sportarena.az-ın PFL-in saytına istinadən xəbər verir ki, Gəncə klubu Peşəkar Futbol Liqasına müraciət edərək  “Səbail”lə görüşün yerinin dəyişdirilməsini xahiş edib. Gəncə şəhər stadionunda təmir işlərinin davam etdiyini və “Səbail”in razılıq məktubunu nəzərə alan PFL aşağıdakı qərarları qəbul edib.

 

Topaz Premyer Liqasının VI turunun “Kəpəz” – “Səbail” matçı 23 sentyabr tarixdə “Dalğa Arena”da keçirilsin. 6-cı turda meydan sahibi “Səbail”, hər iki klubun iştirakı  ilə ikinci dövrənin matçında meydan sahibi kimi “Kəpəz” təsdiq edilsin. 


Xəbər xətti