"Qarabağ" "Kəpəz"ə uduzdu

10:24 20 Sentyabr 2017

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 5-ci tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, son oyun günündə bir görüş baş tutub. “Qarabağ” doğma meydanda “Kəpəz”lə qarşılaşıb. Autsayderlərin duelində Gəncə klubu qalib gəlib.

 

Turun digər oyunlarında isə bu nəticələr qeydə alınıb: “Səbail” - “Qəbələ” 0:3, “İnter” - “Sumqayıt” 1:1, “Neftçi” - “Zirə” 0:1.

 

Əvəzedicilərin çempionatı, 5-ci tur

19 sentyabr

Qarabağ - Kəpəz 0:1
Qol: 
Elçin Əsədov, 18-öz qapısına.


Digər xəbərlər

Xəbər xətti