Brüssel AÇ-2020-nin ev sahibliyindən çıxarılır?

12:17 20 Sentyabr 2017

Brüssel 2020-ci ildə keçiriləcək Avropa çempionatını qəbul edəcək şəhərlərin sırasından çıxarıla bilər.

 

Sportarena.az xəbər verir ki, buna səbəb çempionatın oyunlarını qəbul edəcək stadionun tikintisi ilə bağlı yaranan problemdi. Stadionun tikintisi üçün lazım olan sənədlər təqdim edilmədiyi üçün, işlər yubanır.

 

Belçika Kral Futbol Assosiasiyasının prezidenti Koen de Brabandera problem yarandığını etiraf edib. O, məsələ ilə bağlı qərarı UEFA-nın verəcəyini bildirib.


Digər xəbərlər

Xəbər xətti