Gözlər UEFA-nın iclasında - BOS hansı turnirin finalına ev sahiblik edə biləcək?

12:38 20 Sentyabr 2017

Bu gün İsveçrədə UEFA-nın 13-cü Növbədənkənar Konqresi və İcraiyyə Komitəsinin iclası işə başlayacaq.

 

Sportarena.az xəbər verir ki, Cenevrə şəhərində təşkil olunacaq Konqresə Avropa futbol qurumuna 55 üzv milli assosiasiyadan nümayəndələr qatılacaqlar. AFFA-nı prezident Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov təmsil edəcək. İclasda bir sıra məsələlər müzakirələr aparılacaq və müxtəlif vəzifələrə yeni təyinatlar müəyyənləşəcək.

 

İcraiyyə Komitəsində Azərbaycanın üçün xüsusi önəm kəsb edən məsələlərlə bağlı qərarlar da qəbul olunacaq. İlk növbədə, 2018-2019 mövsümündə kişi və qadınlar arasında Çempionlar Liqası, eləcə də Avropa Liqasının finalı və UEFA Super Kubokuna ev sahibliyi edəcək şəhərlər müəyyənləşəcək.

 

14 ərizəsi təsdiqlənmiş 10 milli assosiasiya arasında AFFA da var. Daha dəqiqi, Bakı Olimpiya Stadionu Çempionlar Liqası və Avropa Liqasının final qarşılaşmalarına iddialıdır. Çempionlar Liqasının final matçına İspaniyanın paytaxtı Madriddəki "Metropolitano", Avropa Liqasının həlledici görüşünə isə İspaniyanın Sevilya şəhərindəki "Xuan Sançes Pisxuan" və Türkiyənin İstanbul şəhərindəki "Wodafone Arena" da iddialıdır.


Digər xəbərlər

Xəbər xətti