AFFA "Neftçi" və "Zirə"ni cərimələdi

14:21 20 Sentyabr 2017

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

 

Topaz Premyer Liqasının 5-ci turunun “Neftçi” - “Zirə” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 86-cı dəqiqəsində “Neftçi”nin futbolçusu Mirabdulla Abbasov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

 

Əvəzedici heyətlərin 5-ci turunun “Neftçi” - “Zirə” matçının 81-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Elvin Sərkərov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

 

Əvəzedici heyətlərin 5-ci turunun “İnter" - “Sumqayıt” matçında “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub. Oyunun 83-cü dəqiqəsində “İnter”in futbolçusu Murad Qayalı ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.

 

Əvəzedici heyətlərin 5-ci turunun “Səbail" - “Qəbələ” matçında “Səbail" klubu oyunun videoyazısını təqdim etmədiyinə görə, klub 400 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti