Zəlzələ ölkədə futbolu iflic etdi - Bütün oyunlar təxirə salındı

15:08 20 Sentyabr 2017

Meksika Kubokunda 1/8 final mərhələsinin oyunları təxirə salınıb.

Sportarena.az xəbər verir ki, ötən gün baş verən güclü zəlzələyə görə Meksika Futbol Federasiyası belə qərar verib. Oyunların nə vaxt keçirilməsi hələlik açıqlanmayıb. Eyni zamanda, bir həftə ərzində ölkədaxilində baş tutmalı olan bütün futbol matçlarının təxirə salınması planlaşdırılır.

Qeyd edək ki, 7.4 bal gücündə baş vermiş zəlzələ nətiəsində 250-yə yaxın insan ölüb.


Digər xəbərlər

Xəbər xətti