"Qarabağ"ın futbolçusu uzun fasilədən sonra milliyə çağırıldı

16:09 20 Sentyabr 2017

“Qarabağ”ın hücumçusu Dino Ndlovu Cənubi Afrika Respublikasının (CAR) yığmasına dəvət alıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı CAR mətbuatı yayıb. Komandanın baş məşqçisi Stuart Bakster Ağdam təmsilçisinin forvardına DÇ-2018-in seçmə mərhələsinin oktyabrın 7-də baş tutacaq Burkina Faso ilə ev oyununa dəvət göndərib.

 

Bakster Ndlovunun çıxış etdiyi Azərbaycan Premyer Liqasının zəif olduğunu əsas gətirərək, uzun müddətdi 27 yaşlı hücumçuya dəvət göndərmirdi.

 

Qeyd edək ki, Ndlovu 2012-ci ildən üzvü olduğu CAR millisində cəmi 4 oyun keçirib, qol vurmayıb.

 


Xəbər xətti